Modern.az

ABŞ-dan Fətullah Gülənin həbs qərarına REAKSİYA: "Türkiyə bilər"

ABŞ-dan Fətullah Gülənin həbs qərarına REAKSİYA: "Türkiyə bilər"

Təhsil

20 Dekabr 2014, 10:29


Ötən gün Türkiyədə məhkəmənin qərarı ilə nurçu camaatın ABŞ-da yaşayan lideri Fətullah Gülən haqqında həbs qərarı çıxarılıb.

ABŞ isə Fətullah Güləni Türkiyəyə təhvil verib-verməyəcəyinə dair məsələyə münasibət bildirib. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki Vaşinqtonda təşkil olunan mətbuat konfransında Fətullah Gülənin ekstradisiyası ilə bağlı sualı cavablandırıb.

Cen Psaki bildirib ki, ABŞ siyasətinin prinsipi olaraq, Dövlət Departamenti ekstradisiya məsələləri ilə bağlı tələbləri şərh etmir. “Biz əvvəllər də bu barədə narahatlıqlarımızı bildirmişik. Təfərrüatları bilmək istəyirsinizsə, bu haqda sualınızı Türkiyə hökumətinə verməlisiniz”,-deyə Cen Psaki söyləyib.  

Qeyd edək ki, Fətullah Gülən haqqında  “paralel yapı” əməliyyatları çərçivəsində həbs qərarı çıxarılıb. O, terror təşkilatına liderlik etməkdə şübhəli bilinir.  

Aqşin Kərimov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı