Martın 5-də saat 11 radələrində Cavid Abbasəliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Bakı Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Cavid Abbasəliyev Xəzər rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə əsasən 20 gün müddətinə həbs edilib.
Modern.az