Modern.az

Tahir Əliyev Yaqub Məmmədovu boş-boş danışmaqda ittiham etdi

Tahir Əliyev Yaqub Məmmədovu boş-boş danışmaqda ittiham etdi

مورد توجه

13 May 2016, 11:24

Ali Sovetin (indiki Milli Məclis) keçmiş sədri Yaqub Məmmədov “Yeni Müsavat”a açıqlamasında keçmiş müdafiə və daxili işlər naziri olmuş Tahir Əliyevin ünvanına sərt fikirlər səsləndirib.

O, Tahir Əliyevi müxalifətin təkidi ilə daxili işlər naziri təyin etdiyini deyib.  

Yaqub Məmmədovun sözlərinə görə, Tahir Əliyev buna baxmayaraq Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovun dəstəsinə qoşulub.  

Tahir Əliyev isə ittihamla bağlı  Modern.az-a açıqlama verib.

O bildirib ki, Yaqub Məmmədovun dedikləri mənasız və əhəmiyyətsizdir.

“Yaqub Məmmədov boş-boş danışır da! Qoyun nə danışır danışsın. Onun dediklərinə böyük cavab vermək fikrim yoxdur. Vaxtım olanda haqqımda dediklərini oxuyacam”.

Tahir Əliyev qeyd edib ki, Yaqub Məmmədov danışığını bilmir.  

“Ona görə də artıq fikir söyləmək niyyətində deyiləm”  

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı