Modern.az

Kooperasiya Universitetində “İctimai nəzarət" yaradıldı

Kooperasiya Universitetində “İctimai nəzarət" yaradıldı

Актуально

10 İyun 2016, 12:54

Azərbaycan Kooperasiya Universitetində “İctimai nəzarət” qrupu yaradılıb.

Universitetin mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə “İctimai nəzarət” qrupu universitetin rektoru, professor Eldar Quliyevin imzaladığı əmr əsasında təşkil olunub.

“İctimai nəzarət” qrupu təhsil müəssisəsində ictimai iştirakçılıq və nəzarətin daha da gücləndirilməsi, şəffaflığın artırılması, proseslərin daha düzgün, obyektiv qiymətləndirilməsi, gələcəkdə ümumi işin keyfiyyətini artırmaq, təkmilləşdirmək, təhsil sistemində daha uğurlu islahatlara nail olmaq üçün yaradılıb.

“İctimai Nəzarət” qrupunun tərkibinə jurnalistlər, QHT və ictimaiyyət nümayəndələri də daxil edilib.

Ağa Akifoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı