Ukraynanın Xarkov şəhərinin Saltov yolunda azərbaycanlı silahlı cinayətkarların hücumuna məruz qalıb.
Modern.az-ın Ukrayna KİV-nə istinadən verdiyi xəbərə görə, naməlum silahlı şəxslər ötən gecə, iyunun 16-da azərbaycanlını qarət ediblər.
Silahlı qarət nəticəsindəcinayətkarlar rezin güllələri olan tapançadan havaya atəş açaraq azərbaycanlıdan 30 min dollar məbləğində pul ələ keçiriblər.
Qarət olunmuş azərbaycanlı şəxsin 47 yaşlı kişi olduğu bildilsə də, hələ ki, kimliyi barədə məlumat verilmir.
Artıq hadisə ilə bağlı Xarkov vilayətinin Milli Polis Baş İdarəsində quldurluq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Ağa AKİFOĞLU