Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) 2016-ci ilin iyun ayı ərzində mina və PHS təmizlənməsi əməliyyatlarinin gedişi barədə hesabatı açıqlayıb.
Agentlikdən Modern.az saytına verilən məlumata görə, 2016-cı ilin iyun ayı ərzində 10, 298, 732 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 976 ədəd PHS və 1 ədəd tank əleyhinə və 4 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Əməliyyatlarda 402 nəfər əməliyyat heyəti və 228 nəfər inzibati heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 374, 101, 116 m2 ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 720, 298 -dir.
İyun ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Bərdə, Füzuli, Gəncə, Goranboy, Qazax, Mingəçevir, Samux, Tərtər, Tovuz və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.
2016-cı ilin iyun ayı ərzində 1 (bir) mina/PHS hadisəsi qeydə alınıb.
Gülşən RAUFQIZI