İyulun 18-də Bakı şəhər sakinləri Mirəziz Sabirqulu və Yuri Krasiçkov Buzovna qəsəbəsinin dəniz çimərliyində boğulublar. Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, meyitlər sudan çıxarılıb, araşdırma aparılır.
İulun 18-də Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində şəhər sakini Budaq Abdullayev çimərkən boğulub. Meyitin sudan çıxarılması istiqamətində tədbirlər görülür.