Modern.az

“Yol qəzasına düşən 15192 xəstəyə təcili yardım xidməti göstərilib”

“Yol qəzasına düşən 15192 xəstəyə təcili yardım xidməti göstərilib”

Current

20 İyul 2016, 11:56

"Son 10 ildə Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları yol qəzasına düşən 15 192 xəstəyə təcili yardım xidməti göstərib".

Modern.az-ın görə, bunu stansiyanın baş həkimi Mirələm Cavadov qurumun fəaliyyətinə dair keçirilən mətbuat konfransında deyib.

Baş həkim bildirib ki, 13 428 nəfər konsultativ xəstəyə tibbi yardım göstərilib: "Təkcə bu il daxil olan çağırışların sayı ümumilikdə 659 olub.

Bunlardan yol-nəqliyyatı hadisələri 624, terapevtik və digər travmaların sayı 35, baxılan xəstələrin sayı 712, hospitalizə edilənlərin sayı 12, hadisə yerində ölümlərin sayı 70 olub".

Stansiyanın baş həkimi söyləyib ki, hazırda respublika üzrə 12 regional məntəqə var:

"Məntəqələrin hər birində yüksək səviyyəli həkimlər və orta tibb işçiləri fəaliyyət göstərir".

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı