Modern.az

Çeçen Romeo və Cülyetta özlərini öldürdülər - Dəhşətli HADİSƏ

Çeçen Romeo və Cülyetta özlərini öldürdülər - Dəhşətli HADİSƏ

مورد توجه

20 İyul 2016, 16:48

21 yaşlı Zalina T. və 19 yaşlı Umar B.nin meyitləri Qroznıdakı çoxmənzilli evlərdən birində tapılıb. Modern.az Rusiya mediasına istinadən bildirir ki, toydan dərhal sonra gənclər həmin binada kirayəyə mənzil tutublar.

Gənclərin tanışlarının sözlərinə görə, respublikada nüfuzlu həkim kimi tanınan Umarın anası bu nikahın tamamilə əleyhinə olub.

“O, Zalinanın oğluna layiq olmadığını düşünüb. Deyib ki, o, kasıb ailədəndir, həm də oğlundan iki yaş böyükdür”, - ölənlərin tanışları bildirib.

Tanışların sözlərinə görə, oğlanın anası ona parlaq gələcək təmin etməyə cəhd göstərib. Umar prestijli ingilis kollecində oxuyub. Oğlunun Arqundan olan sadə qızla evlənmək qərarı qadın üçün həqiqi zərbə olub.

“Onlar 7 il görüşüblər. Umar Arquna xalasıgilə qonaq gedəndə Zalinanı görüb. O, qızla İngiltəryə getməyi arzulayıb. O, alman, fransız, ingilis, ispan dillərini çox yaxşı öyrənib. Zalina Qroznı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib”, - qızın qohumu deyib.

Gənclər Zalina diplomunu alan kimi evlənməyi planlaşdırıblar. Toy çeçen adət-ənənəsi üzrə keçirilib. Toydan sonra cavanlar kirayə evə yerləşiblər. 3 gün sonra onlar ölmüş vəziyyətdə tapılıblar. “Onlar başlarında paket aşkarlanıb, paketdən çıxan boru qaz balonuna birləşdirilib”, - istintaqdakı mənbə vurğulayıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı