Modern.az

Hakan Şükürün atası həbs olundu  

Hakan Şükürün atası həbs olundu   

Aktual

12 Avqust 2016, 15:54

Türkiyə milli yığması və “Qalatasaray” klubunun keçmiş məşhur futbolçusu olmuş Hakan Şükürün atası Sermet Şükür həbs olunub.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, ata və oğulun həbs qərarını Sakarya Baş Prokurorluğu Fətullahçılarla bağlı aparılan istintaqa görə verib.

 

Belə ki, hazırda ABŞ-da yaşayan keçmiş futbolçu Hakan Şükürün Fətullah Gülən şəbəkəsi ilə sıx bağlı olması haqqında Türkiyə hüquq-mühafizə orqanlarında ciddi faktların olması iddiaları var.

 

O, "silahlı terror təşkilatına üzv olmaq"da ittiham edilir.  Sakarya Polis İdarəsinin əməkdaşları H. Şükürün İstanbuldakı evində axtarış aparıblar.

Adapazarında yaşayan və inşaat işləri ilə məşğul olan S. Şükürün də evində axtarış aparılıb.

H. Şükür haqqında qırmızı bülletenlə saxlama qərarı da veriləcəyi bildirilib.

Hakan Şükür və ailəsi ötən ilin dekabr ayında Türkiyədən gedib.

 

Ağa AKİFOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı