“Barselona”nın hücumçusu Lionel Messi Argentinanın futbol üzrə milli komandasına qayıtdı. Modern.az saytı xəbər verir ki, bu barədə bu barədə L.Messi açıqlama yayıb.
Məşhur futbolçu ölkəsini sevdiyini bildirib: “Bu gün Argentina futbolunda problem az deyil. Odur ki, mən əlavə çətinlik yaratmaq niyyətində deyiləm”.
Qeyd edək ki, L.Messi Amerika kubokunun finalında Çiliyə məğlubiyyətdən sonra millidə karyerasını başa vurduğunu açıqlayıb.
Modern.az