Modern.az

Rüstəm Usubov: “Bələdiyyə və parlament seçkilərində qanun pozuntuları olub”

Rüstəm Usubov: “Bələdiyyə və parlament seçkilərində qanun pozuntuları olub”

Aktual

18 Avqust 2016, 12:49

“2002-2009-cu illərdə keçirilən refendumlarda qanun pozuntularına yol verilməyib, bununla bağlı prokurorluğa müraciət daxil olmayıb. Qanun pozuntuları bələdiyyə və parlament seçkilərində olub. Prokurorluq da öz növbəsində bu işləri araşdırıb. Səmərli işləməklə irəliləyiş əldə etmişik”.

Modern.az-ın xəbərinə görə, bunu Baş prokurorun birinci müavini Rüstəm Usubov Bakıda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

 “Azərbaycan inkişaf edərək, regionun lider dövlətinə çevrilib. Ölkədə ardıcıl ishalatlar aparılır. Dünyanın hər bir yerində olan böhran Azərbaycana təsir etməyib. Bu, uzaqgörən siyasətin nəticəsində olub”.

Baş prokurorun müavini deyib ki, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi əlamətdar gün kimi tarixə düşəcək:

“Azərbaycanda beynəlxalq standartlara cavab verən hüquqi sistem var. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, demokratik proseslər genişlənir”.


R.Usubov Azərbaycanda keçirilən seçkilərdə seçki hüquqlarının pozulması ilə bağlı statistikanı da açıqlayıb.

 “Bəzi şəxslər “Konstitusiya dəyişikliklərinə yox” vərəqələri yaymağa çalışırlar, səsverməyə ləkə salırlar. Prokurorluq orqanları bununla bağlı tədbirlər görür. Biz bu xoşagəlməz hallarla bağlı qətiyyətli mövqe nümayiş etdiririk və etdirəcəyik”-deyə Baş prokurorun birinci müavini bildirib.



Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı