Modern.az

ABŞ səfiri Azərbaycanda məcburi köçkünlərin problemini müzakirə edib

ABŞ səfiri Azərbaycanda məcburi köçkünlərin problemini müzakirə edib

مورد توجه

19 Avqust 2016, 20:30

ABŞ 1993-cü ildən bəri Azərbaycanda qaçqın və məcburi köçkün icmalararına yardım məqsədilə 115 milyon dollardan çox vəsait ayırıb.  ABŞ-ın Azərbaycandakı səfirliyindən Modern.az saytına verilən məlumata görə, bunu ABŞ səfiri Robert Sekuta Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığın (UNHCR) Azərbaycan nümayəndəliyinə yeni təyin olunmuş rəhbəri Furio De Angelis ilə görüşdə deyib.

 

Görüşdə səfir qaçqın və məcburi köçkünlərə yardım məsələsini, eləcə də Azərbaycanda ABŞ və BMT arasında olan əməkdaşlığı müzakirə edib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı