Yevlaxda traktorun altında qalan şəxs ölüb.
Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, avqustun 20-də Yevlax rayonunun Tanrıqulular kəndində yerli sakin Cavid Sarıyev idarə etdiyi “MTZ-80” markalı traktorun idarəetməsini itirdiyindən yerə tullanıb və təkərin altında qalıb. C.Sarıyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Modern.az