Modern.az

Almaniya Türkiyədəki bütün diplomatik nümayəndəliklərini BAĞLADI

Almaniya Türkiyədəki bütün diplomatik nümayəndəliklərini BAĞLADI

مورد توجه

15 Sentyabr 2016, 12:56

Almaniya təhlükəsizlik səbəbindən Türkiyədəki səfirliyini, konsulluğunu və məktəblərini bağlayıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, buna səbəb kimi Almaniya təmsilçiliklərinə ehtimal edilən hücum göstərilib.

 

Almaniyanın səfirliyi, konsulluğu və məktəbləri sentyabrın 16-dək bağlı olacaq.

 

Xatırladaq ki, bu il martın 19-da Ankarada törədilən terror aktından iki gün əvvəl də Almaniya Türkiyədəki səfirliyini, konsulluğunu və İstanbuldakı alman liseyini təhlükəsizlik səbəbindən bağlamışdı.

 

Həmin terror nəticəsində 4 nəfər ölmüş, 36 nəfər isə yaralanmışdı. 

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı