Modern.az

Tanınmış sənət adamlarının övladları 1-ci sinfə getdilər - FOTOLAR

Tanınmış sənət adamlarının övladları 1-ci sinfə getdilər - FOTOLAR

Aktual

15 Sentyabr 2016, 13:01

15 sentyabr Azərbaycanda Bilik Günü qeyd olunur. Bu gün yeni tədris ilində I sinfə ölkə üzrə 164 033 nəfər şagird gedib. Bu şagirdlərdən 43 397 nəfəri I sinfə Bakı şəhərindəki məktəblərdə gedib. 


Modern.az saytı xəbər verir ki, 15 sentyabrda övladı ilk dəfə məktəbə gedən valideylər arasında tanımış sənət adamları da var.

Müğənni Vaqif Şıxəliyev ilk dəfə uşaqlarını birinci sinfə aparıb.

Əməkdar artist Mətanət İsgəndərlinin sevinci yerə-göyə sığmır. Nəvəsi Tuncayı bu il birinci sinfə yola salıb.

Tanınmış prodüser Minarə Əsgərovanın da oğlu birinci sinfə gedənlər arasındadır.

Müğənni Elçin Hüseynovun da qızı birinci sinfə gedir.

ATV-nin aparıcısı Turan Ibrahimov oğlunu ilk dəfə  birinci sinfə aparıb.

Tanınmış teleaparıcı Aytən Əliyevanın oğlu Məhəmməd də birinci sinfə yollanıb.

Xalq artisti Məleykə Əsədova isə bu il qızını məktəbə yola salanlar arasında olub.

ATV-nin aparıcısı İlkin Həsənli isə bacısı qızını birinci sinfə yola salıb.

 

Namidə BİNGÖL

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı