Modern.az

Növbəti həftədən İstanbulda zaman dəyişir

Növbəti həftədən İstanbulda zaman dəyişir

مورد توجه

17 Sentyabr 2016, 20:37

Növbəti həftədən İstanbulda qış vaxtına keçiləcək. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki,  19 sentayabr bazar ertəsindən etibarən İstanbulda əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.  

Qeyd edək ki, saat əqrəbinin irəli və geri çəkilməsilə bağlı ilk təklif 1880-ci ildə ingilis mühəndisi Uilyam Uillet tərəfindən irəli sürülüb. Saatlar isə ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib. 1981-ci ildən isə saatların əqrəbi Azərbaycanla yanaşı, dünyanın 110 ölkəsində irəli və geri çəkilməyə başladı. Lakin bəzi səbəblərdən Çin, Yaponiya, Cənubi Koreya, İran, Gürcüstan, Virciniya adaları, Sinqapur, Estoniya, Ukrayna kimi ölkələr  saatlarının əqrəbini geri çəkməkdən imtina edib. Azərbaycanda da bu ildən yay vaxtına keçid ləğv edilib.

Dünyada isə hələ də qış və yay vaxtına keçidin müsbət və mənfi tərəfləri ilə bağlı birmənalı fikir yoxdur. Bəzi ekspertlərin qənaətinə görə, qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu ölkələrdə elektrik enerjisinin illik istifadəsinə təxminən 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Avropa Birliyi ölkələri və ABŞ-ın əksər ştatları hər il bu üsuldan faydalanır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı