Modern.az

Dəmiryolçulardan Cavid Qurbanova TƏBRİK

Dəmiryolçulardan Cavid Qurbanova TƏBRİK

Aktual

19 Sentyabr 2016, 10:12

“Bu gün gözəl insan, qayğıkeş rəhbər, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli təəssübkeşlərindən biri, Dədə Şəmşir ocağının davamçısı, «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanovun doğum günüdür. Bu əziz gündə hörmətli Cavid müəllimi səmimi qəlbdən təbrik edir, şərəfli olan işlərində uğurlar arzulayırıq”.

Modern.az-ın məlumatına görə, bu paylaşımı Facebook-da «Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov edib.

Xatırladaq ki, Cavid Qurbanov 1958-ci il sentyabrın 19-da Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1975-ci ildə Kəlbəcər rayon orta məktəbini bitirdikdən sonra 1975-1976-cı illərdə Kəlbəcər şəhərində elektroenergetika sahəsində çalışıb. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub. 1977-1979-cu illərdə ordu sıralarında hərbi xidmət etdikdən sonra 1979-cu ildə 26 Bakı Komissarı nəşriyyatında kuryer vəzifəsi ilə əmək fəaliyyətinə yenidən başlayıb. 1980-1981-ci illərdə "Azəryollayihə" Layihə İnstitutunda texnik-cizgiçi, 1982-1987-ci illlərdə "Azərnəqliyyattikinti" Trestinin avtobazasında mexanik, baş mexanik, rəis müavini vəzifələrində çalışıb.
1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1987-1992-ci "Elektromexanizasiya" Trestinin 4 saylı Avtonəqliyyat Kontorunda direktor, 1992-1993-cü illərdə Respublika İxtisaslaşdırılmış "Avtonəqliyyat" Birliyində baş direktor, 1993-1994-cü illərdə "Azəravtoyol" Dövlət Şirkətində Prezident vəzifəsində işləyib.
1995-ci ildə "Azərərzaqnəqliyyat" Birliyində direktor, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin Təchizat şöbəsində rəis, 1997-2001-ci illərdə "Azərdəmiryolservis" İstehsalat Birliyində rəis kimi çalışıb. 2003-cü ildən "Yolnəqliyyatservis" Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi "Yolnəqliyyatservis" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi olub. 2007-ci ilin fevral ayından "Yolnəqliyyatservis" Departamentinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqədar olaraq, "Azəryolservis" ASC-nin sədri vəzifəsini tutub. Texniki elmləri namizədidir.
123 saylı Kəlbəcər Seçki Dairəsindən Milli Məclisin deputatı seçilib. Yeni Azərbaycan Partiyasının üzvüdür.

9 fevral 2015-ci ildən bu günə qədər "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədridir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı