Oktyabrın 12-də Abşeron rayonunun Qobu qəsəbəsindən qəsəbə sakini Rövşən Abbasovun odlu silahdan qətlə yetirilmiş meyiti tapılıb.
Daxili İşlər Nazirliyinin ( DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, rayon polisi və prokurorluğu əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Tural Əlizadə tutulub.
Ondan müvafiq sənədləri olan “Vinçester” markalı tüfəng və patron götürülüb.
Gülşən RAUFQIZI