Modern.az

Bakı Fındıq Zavodunun direktoruna 10 il iş verildi

Bakı Fındıq Zavodunun direktoruna 10 il iş verildi

مورد توجه

14 Oktyabr 2016, 14:05

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Modern.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Bakı Fındıq Zavodunun sabiq direktoru Azad Cavadova hökm oxunub. O, 10 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. Zamində olan A. Cavadov məhkəmə zalında həbs edilib.

 

Xatırladaq ki, dövlət ittihamçısı A.Cavadova 12 il 11 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasının verilməsini istəyib. Həmçinin dövlət ittihamçısı təqsirləndirilən şəxslərin hər birinin 3 il dövlət və yerli orqanlarda rəhbər vəzifə tutmaqdan məhrum edilməsini də tələb edib.

 

 

Qeyd edək ki, C.Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

 

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı