Modern.az

Gəncə sakini intihara cəhd edib

Gəncə sakini intihara cəhd edib

Aktual

17 Oktyabr 2016, 21:47

Gəncə sakini intihara cəhd edib. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, hadisə bu gün axşam saatlarında baş verib. Belə ki, Gəncə sakini, 1989-cu il təvəllüdlü İsmayılov Röyal Vəli oğlu Bağbanlar qəsəbəsində bıçaqla özünə xəsarət yetirib.

O, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Yaralı dərhal əməliyyat edilib. Onun vəziyyəti orta ağırdır.

Röyal İsmayılovun polis tərəfindən axtarışda olduğu üzə çıxıb. 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı