Modern.az

Kommunistlər sosialist inqilabını qeyd etdilər

Kommunistlər sosialist inqilabını qeyd etdilər

Aktual

7 Noyabr 2016, 12:18

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində Böyük Oktyabr Sosialist inqilabının 99 - cu ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

 

Konfransı Azərbaycan Kommunist Partiyası   Mərkəzi Komitəsinin  sədri Rauf Qurbanov açmış və konfrans iştirakçılarını Böyük Oktyabr Sosialist İnqilabının 99 -cu ildönümü münasibəti ilə təbrik edib.

Məruzə ətrafında AKP MK üzvü, Azərbaycan KP Lənkəran RK -nin birinci katibi N. Bağırov, AKP Beyləqan RK -nin birinci katibi İ. Məhərrəmov, AKP Bakı şəhəri, Suraxanı RK-nin birinci katibi Ə. Cabbarov və AKP MK üzvü əmək veteranı A. Məmmədov çıxış ediblər.

Elmi praktiki konfranslar  Azərbaycan Kommunist Partiyasının  bütün  rayon və  şəhər təşkilatlarında    keçirilib.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı