Modern.az

Məktəblərdə dərsə davamiyyət aşağı düşüb - RƏSMİ

Məktəblərdə dərsə davamiyyət aşağı düşüb - RƏSMİ

Aktual

1 Fevral 2017, 12:12

Dünəndən başlayaraq, paytaxt və bölgələrə güclü qar yağır. Qarın yağması bir çox sahələrə öz təsirini göstərib. Artıq bütün məktəblərdə şagirdlərin davamiyyəti aşağı düşüb.

Məsələ ilə bağlı Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi Modern.az-a açıqlama verib.


Təhsil Nazirliyi bölgələrdə yerləşən məktəblərdə şagird sayının az olduğunu deyib.

“Dağlıq və dağətəyi rayonlarımızda kəskin hava şəraitinin dəyişməsi ilə bağlı məktəblərdə davamiyyət kifayət qədər zəifləyib. Bu da daha çox hava şəraiti ilə bağlıdır. Həmin rayonların məktəbləri ilə əlaqə saxlayıb yaxın müddət ərzində hansı rayonlarda davamiyyətin kəskin aşağı düşdüyünü müəyyən edə biləcəyik. Hər bir ünvana bu barədə suallar göndərmişik. Bir azdan cavablandıracağıq”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi də paytaxtdakı məktəblərin davamiyyəti ilə bağlı məlumat verib.

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində təlim prosesi normal şəkildə davam edir. Hava şəraitinin kəskin dəyişməsi və güclü qarın yağması ilə bağlı bəzi valideynlərin övladlarını məktəbə göndərə bilməməsi səbəbindən davamiyyət 75-80 faiz təşkil edir”.

Namidə BİNGÖL

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı