Modern.az

Abid Şərifov üzə çıxdı – FOTO

Abid Şərifov üzə çıxdı – FOTO

مورد توجه

10 Aprel 2017, 15:36

Bir neçə gün əvvəl səhhətinin pisləşdiyi haqqında informasiya yayılan Baş nazirin müavini Abid Şərifov üzə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, A. Şərifov bu gün prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda iştirak edib.  

Qeyd edək ki, ürəyində problem yaranan Şərifovun İsraildə müayinə olunduğu bildirilirdi.  Onun ölkədə olub-olmadığı barədə isə məlumat yox idi. 

Fotoda Abid Şərifovu Baş nazir Artur Rasizadənin yanında görmək mümkündür. 

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı