Modern.az

Həbsxanaya qardaşına narkotik keçirmək istəyən bacı tutuldu

Həbsxanaya qardaşına narkotik keçirmək istəyən bacı tutuldu

Aktual

17 Aprel 2017, 20:27

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş İdarəsinin və 3 saylı istintaq təcridxanasının əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddənin keçirilməsinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, həbs edilmiş şəxs Ağaverdiyev Maksud Eldar oğlu ilə qısamüddətli görüşə gəlmiş bacısı Bakı şəhər sakini Bayramova Lamiyə Eldar qızının üstünə və əşyalarına baxış keçirilən zaman gətirdiyi sovqatdakı əncir mürəbbəsinin içərisində gizlədilmiş 1 ədəd sellofan bükülüdə çəkisi 1.168 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılan materiallar hüquqi qiymət verilməsi üçün Xəzər Rayon Polis İdarəsinə göndərilib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı