Modern.az

Milli Şura və Müsavat Partiyası mitinq keçirəcək?...

Milli Şura və Müsavat Partiyası mitinq keçirəcək?...

Aktual

9 May 2017, 13:14

Ölkənin əsas müxalifət qüvvələri - Milli Şura və Müsavat Partiyasının yaxın vaxtlarda mitinq keçirməyi planlaşdırdığı barədə sossial şəbəkələrdə yayılan məlumatlar təsdiqlənəyib

Modern.az saytı bununla bağlı həmin təşkilatlarla əlaqə saxlayıb.

Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev bildirib ki, Milli Şuranın yaxın günlərdə mitinqi gözlənilmir:

“Milli Şura qarşısına qoyduğu məqsədlərin reallaşması baxımından aksiyalar və tədbirlər keçirir. Bilirsiniz ki, yaxınlarda, yəni 8 apreldə belə aksiya baş tutdu. Lakin hazırda mitinqlə bağlı hər hansı qərar yoxdur. Bu məsələ hələ ki müzakirə olunmur. Lazım olarsa, ölkədəki ictimai-siyasi vəziyyət, sosial tələb bunu özündə ehtiva edərsə, mitinq qərarı olacaq və Milli Şura yenidən bu aksiyaları keçirəcək”.

O.Gülalıyev Milli Şuranın aprelin 22-də və 30-da mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) göndərdiyi müraciətlə bağlı da danışıb:

“Milli Şuranın aprelin 30-da mitinq keçirməklə bağlı qərarı olmayıb. Digər tərəfdən bilirsiniz ki, biz aksiyaların daha çox bazar günləri keçirilməsinin tərəfdarıyıq. Amma hakimiyyət müxtəlif və əsassız  bəhanələrlə bu aksiyaların keçirilməsinin qarşısını alır və bizə imkan vermir. Bu, qanun pozuntusudur. Hər bir şəxsin cəm halında öz etirazlarını bildirmək hüququ var. Amma  Bakı Şəhər İcra Hakimiyyəti bu qanunvericiliyi pozaraq, bizə bazar günü mitinq keçirməyə icazə vermir. Amma  bu, müvəqqəti haldır. Mitinq və kütləvi aksiyalar Milli Şuranın ən çox istifadə və müraciət etdiyi fəaliyyət  formalarından biridir. Yenidən mitinq keçirilməsi ilə bağlı Bakıə Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik”.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı da partiyanın yaxın günlərdə mitinq keçirməklə bağlı hər hansı qərarı olmadığını deyib:

“Bu gün mitinq məsələsi  partiyanın  gündəmində deyil. Çünki partiyamız 28 mayda Respublika günü ilə bağlı tədbir keçirməyi planlaşdırır. Hazırlıqlar da  bu istiqamətdə davam edir. Əslində mitinqin mövzusu gündəmdə olsa da, müzakirə  edilməyib və vaxt müəyyənləşməyib”.

Günay RƏSULQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı