Modern.az

Berlin uğrunda döyüşlərdə həlak olan azərbaycanlılar anılıb

Berlin uğrunda döyüşlərdə həlak olan azərbaycanlılar anılıb

مورد توجه

9 May 2017, 20:57

Berlində Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 72-ci ildönümünə həsr olunan bayram tədbirləri keçirilib. Azərbaycanın Almaniyadakı səfirliyndən Modern.az-a verilən məlumata görə, tədbirlərdə Almaniya Federativ Respublikası hökumətinin, ölkədə akkreditə olunmuş diplomatik korpusun və kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də müharibə veteranları iştirak ediblər.

Mərasim iştirakçıları Berlin şəhəri uğrunda getmiş döyüşlərdə həlak olmuş azərbaycanlı əsgər və zabitlərin də dəfn olunduğu Treptov parkında Sovet əsgərlərinin şərəfinə ucaldılmış “Xilaskar əsgər” abidəsini və Tirqarten parkında dəfn edilmiş sovet əsgərlərinin məzarını ziyarət edərək əklillər qoyublar.

Azərbaycan Respublikasının AFR-dəki fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, səfirliyin əməkdaşları və hərbi attaşesi tədbirlərdə iştirak ediblər.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı