Modern.az

İslamiadanın bağlanışında “Koroğlu”ya hər 30 dəqiqədən bir qatar işləyəcək

İslamiadanın bağlanışında “Koroğlu”ya hər 30 dəqiqədən bir qatar işləyəcək

Current

18 May 2017, 17:10

Mayın 22-də keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə gedən tamaşaçılar üçün, Bakı sərnişin stansiyasından “Koroğlu” dayanacağına və əks istiqamətdə qatar xidməti göstəriləcək.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Modern.az-a verdiyi məlumata görə, həmin gün axşam saat 18:00-dan 20:00-a kimi Bakı sərnişin stansiyasından “Koroğlu” dayanacağına 30 dəqiqədən bir qatar işləyəcək.

Mərasim başa çatandan sonra - axşam saat 23:30-dan gecə saat 01:30-a kimi izləyicilərin “Koroğlu” dayanacağından Bak sərnişin stansiyası, Biləcəri, Xırdalan və Sumqayıt istiqamətində “KİSS” markalı ikimərtəbəli elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı