Modern.az

Saatlıda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Saatlıda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

مورد توجه

28 İyun 2017, 16:38

Saatlıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayonunun Dəllər kənd sakini, 1990-cı il təvəllüdlü Cəlilov Ramil Şamir oğlunun idarə etdiyi VAZ 2106 markalı avtomobil həmyerlisi, 1967-ci il təvəllüdlü Qurbanov Mürsəl Ələmdar oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub.

 

 

Nəticədə hər iki avtomobilin sürücüsü və VAZ 2106-nın sərnişini, 1989-cu il təvəllüdlü Mirzəzadə İlkin Lazım oğlu müxtəlif xəsarətlər alıb. Onlar Saatlı rayon xəstəxanasına yerləşdirilib. Ağır kəllə-beyin travması alan İ. Mirzəzadə komatoz vəziyyətdə Bakı şəhərinə xəstəxanalardan birinə yola salınıb.

 

Faktla bağlı Saatlı polis şöbəsində araşdırma aparılır.

 

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı