Daxili İşlər Nazirliyi iyulun 23-dən 24-dək daxili işlər orqanlarında
qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.
Nazirlikdən Modern.az-a bildirlib ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 126 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb.
- Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.