Modern.az

Azərbaycan prezidenti hindistanlı həmkarına başsağlığı verdi

Azərbaycan prezidenti hindistanlı həmkarına başsağlığı verdi

Güncel

20 Avqust 2018, 18:33

Prezident İlham Əliyev Hindistan Prezidenti Ram Nat Kovində başsağlığı verib.

 

Məktubda deyilir: "Hörmətli cənab Prezident, ölkənizdə baş vermiş irimiqyaslı daşqınlar nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Hindistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı