Modern.az

Bakıda heyvanları daşıyan yük maşını aşdı, 3 baş heyvan öldü - FOTO

Bakıda heyvanları daşıyan yük maşını aşdı, 3 baş heyvan öldü - FOTO

مورد توجه

20 Avqust 2018, 19:13

Bakıda yol qəzası baş verib. 

 

Modern.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, Ramiz Qəmbərov küçəsində qeydə alınıb. 

Belə ki, "Mercedes" markalı, 90 XU 259 nömrəli dövlət qeydiyyat nişanlı yük maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsinin yük yerində olan 3 baş xırdabuynuzlu heyvan tələf olub, 2 baş iribuynuzlu heyvan isə sağ qalıb. 

Faktla bağlı araşdırma aparılır. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı