Modern.az

“Qarabağ” bu gün AvroLiqanın ilk pley-off  oyununa çıxır

“Qarabağ” bu gün AvroLiqanın ilk pley-off  oyununa çıxır

Aktual

23 Avqust 2018, 08:40

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinə start veriləcək.

Modern.az xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" klubu da ilk oyununa çıxacaq. Komandamız Moldova çempionu "Şerif"in qonağı olacaq. 

Tiraspol təmsilçisi də Ağdam klubu kimi mübarizəyə Çempionlar Liqasından başlayıb. “Qarabağ” 3-cü,  "Şerif" isə 2-ci təsnifat mərhələsində uduzaraq, AvroLiqaya düşüb.

Xatırladaq ki, ötən mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” bu rəqibini mübarizədən kənarlaşdırıb. Bakıda qolsuz heç-heçə edən komandaların Tiraspoldakı duelində "Qarabağ" 2:1 hesablı qələbə qazanıb. 
 

23 avqust

Avropa Liqası

Pley-off mərhələsinin ilk oyunu

21:00. "Şerif" (Moldova) - "Qarabağ" (Azərbaycan) 
Hakimlər:
 Sergey Tsınkeviç, Yevgeni Romanov, Vitali Malyutsin, Viktor Şimusik (hamısı Belarus)
Tiraspol, "Şerif" İK stadionu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı