Modern.az

Əli Əhmədov GUAM-ın tədbirinə gedir

Əli Əhmədov GUAM-ın tədbirinə gedir

Aktual

4 Oktyabr 2018, 17:56

Oktyabrın 5-də Moldovanın paytaxtı Kişineu şəhərində GUAM-a üzv ölkələrin hökumət başçılarının toplantısı keçiriləcək.

Modern.az xəbər verir ki, toplantıda Azərbaycanı Baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

İclasda GUAM-a üzv ölkələr arasında iqtisadi, siyasi əlaqələrin inkişafı, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin perspektivləri müzakirə olunacaq.

Sonda hökumət başçılarının birgə bəyannaməsi, GUAM üzvü olan ölkələrin gömrük idarələri arasında dövlət sərhədlərindən malların hava nəqliyyatı ilə daşınması ilə bağlı gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında protokol imzalanacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı