Modern.az

Bakıya gələn mikroavtobus aşdı - 6 nəfər yaralandı

Bakıya gələn mikroavtobus aşdı - 6 nəfər yaralandı

مورد توجه

8 Oktyabr 2018, 12:50
Lənkəran rayonundan Bakıya gələn mikroavtobus paytaxtın Qaradağ rayonunda aşıb.
 
Modern.az "Report”-a istinadən xəbər verir ki, hadisə zamanı 2-si qadın olmaqla 6 nəfər xəsarət alıb.
 
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov açıqlamasında deyib ki, təcili tibbi yardım maşınları hadisə yerindən 6 yaralını xəstəxanaya aparır.
 
O qeyd edib ki, yaralılardan 4-ü kişidir: "Kişilərdən biri Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına, digər 5 nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilir”.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı