Modern.az

Zaqatalada ağacdan asılmış vəziyyətdə kişi meyiti tapıldı

Zaqatalada ağacdan asılmış vəziyyətdə kişi meyiti tapıldı

Aktual

8 Oktyabr 2018, 19:40

Zaqatala rayonunda intihar hadisəsi baş verib.

Modern.az “Report”a istinadən xəbər verir ki, bu gün axşam saatlarında Zaqatala şəhəri H.Əliyev prospektindəki fərdi yaşayış evlərindən birinin həyətyanı sahəsində ağacdan asılmış vəziyyətdə 50-55 yaş civarında kişi meyiti tapılıb. 

Meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə araşdırma aparılır. 

Qeyd edək ki, bu gün Bərdə rayonunun Ərəblər kənd sakini, 1996-cı il təvəllüdlü Əhmədova Nailə Şakir qızı və Qax rayonunun Lələpaşa kəndinin sakini, 1962-ci il təvəllüdlü İbrahim Mahmud oğlu Abdurahmanov intihar edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı