Modern.az

“Lotu Quli” Rusiyaya ekstradisiya oluna bilər  

“Lotu Quli” Rusiyaya ekstradisiya oluna bilər   

مورد توجه

9 Oktyabr 2018, 11:59

Türkiyədə saxlanılan məşhur azərbaycanlı kriminal avtoritet “Lotu Quli” ləqəbli Nadir Səlifov Rusiayaya ekstradisiya oluna bilər.

Bu barədə Modern.az-a əvvəllər onun hüquqlarını müdafiə etmiş və adının çəkilməsini istəməyn vəkillərdən biri məlumat verib.


Vəkil N.Səlifovun Azərbaycana ekstradisiya olunması üçün səbəb olmadığını, onun Rusiya hüquq-mühafizə orqanlarının sorğusu əsasında saxlanıldığını deyib.
 

Məlumata görə, o, hədə-qorxu yolu ilə pul tələb etməkdə günahlandırılır.

Digər məlumatlarda bildirilir ki, “Lotu Quli” İstanbul polisi tərəfindən sorğu-sual edildidikdən sonra sərbəst buraxıla bilər.


Qeyd edək ki, N.Səlifov 2017-cilin oktyabrında Azərbaycanda azadlığa buraxılmışdı. O vaxtdan Türkiyədə yaşamağa başlayıb. 



 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı