Modern.az

Gömrükdən gizli yolla siqaret keçirmək istədi, alınmadı 

Gömrükdən gizli yolla siqaret keçirmək istədi, alınmadı 

مورد توجه

26 Oktyabr 2018, 09:46

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi avtomobillə gələn Azərbaycan vətəndaşı saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

 

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi "VAZ 21074" markalı avtomobildə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin sağ və sol qanadlarının içində və panelində 5600 ədəd "King" markalı siqaret aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı