Modern.az

Azərişıq rəsmiləri zəlzələ bölgəsinə getdi

Azərişıq rəsmiləri zəlzələ bölgəsinə getdi

Aktual

6 Fevral 2019, 16:07

Ötən gecə baş vermiş 6 ballı zəlzələ ilə bağlı "Azərişıq" ASC-nin səlahiyyətli şəxslərindən ibarət qrup Şamaxıya gedib.

 

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Modern.az-a deyib ki, ehtiyat üçün zəruri mal-material da göndərilib:

“Məqsəd zəlzələ baş vermiş ərazilərdə elektrik enerjisinin təchizatı ilə bağlı meydana çıxa biləcək hər hansı situasiyaya operativ müdaxilə etməkdir. Onun sözlərinə görə, hazırda Şamaxı və zəlzələnin təsirinə məruz qalan digər rayonlarda əhalinin elektrik enerjisi ilə təchizatı fasiləsiz həyata keçirilir. Bununla belə əməkdaşlarımız meydana çıxa biləcək hansısa yeni situasiyalarla bağlı tam hazırlıq görüblər, bütün zəruri mal-materiallar da tədarük edilib. Hansısa dayaqların dəyişdirilməsi, kabellərin əvəzlənməsi lazım gələrsə operativ qaydada bu işlər həyata keçiriləcək”.

 

T.Mustafayev qeyd edib ki, hazırda zəlzələnin təsiri ilə qəzalı vəziyyətə düşən tikililərin elektrik xətlərinə baxış keçirilir.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı