Modern.az

Moskvada qara batan Azərbaycan təyyarəsinin görüntüsü yayıldı - FOTO

Moskvada qara batan Azərbaycan təyyarəsinin görüntüsü yayıldı - FOTO

مورد توجه

27 Fevral 2019, 00:13

Rusiya aeroportunda zolaqdan kənara çıxan Azərbaycan təyyarəsinin görüntüsü yayılıb.

Modern.az  ONA-ya istinadən xəbər verir ki, Bakıdan Moskvaya özəl reys həyata keçirən "Jet Air Group" aviaşirkətinə məxsus "Qolfstrim" təyyarəsinin görüntüləri əks olunan kadrlarda təyyarənin qarın içində batdığı müşahidə olunur. Bundan başqa, görüntüdə aeroport xidməti işçilərinin biznes jeti yerindən tərpətməyə çalışdığı görünür.

 

Qeyd edək ki, bu gün günorta saatlarında Bakı-Moskva reysi ilə özəl reys həyata keçirən təyyarə Moskvanın Şeremetyevo aeroportuna eniş edərkən zolaqdan kənara çıxıb. Baş verən insidentlə əlaqədar Şeremetyevo aeroportu uçuş enmə zolağını bağlayıb. İnsidentə görə "Aeroflot" aviakompaniyası 15 reysi təxirə salıb, Moskvadan 10, Şeremetyevo aeroportu istiqamətində həyata keçiriləcək 30-a yaxın reysin vaxtı dəyişdirilib. Omsk, Nijni-Novqorod, Kazan və Novosibirsk-dən Moskvaya olan reyslər Domodedovo hava limanına yönləndirilib.

 

Onu da qeyd edək ki, Moskva Regionlararası İstintaq İdarəsi tərəfindən Azərbaycan təyyarəsinin zolaqdan çıxması hadisəsi ilə bağlı cinayət işi açıldığı bildirilib. Vurğulanıb ki, istintaq qrupu hadisənin səbəbləri araşdırır, təyyarənin texniki vəziyyəti, ekipajın və yer xidmətlərinin hərəkətləri yoxlanılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı