Modern.az

Maşının vurub öldürdüyü piyadanın yaxınları axtarılır - FOTO

Maşının vurub öldürdüyü piyadanın yaxınları axtarılır - FOTO

مورد توجه

7 Mart 2019, 14:51

Martın 5-də gecə saatlarında Goranboy rayonunun Borsunlu kənd ərazisində “Volvo” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Piyada hadisə yerində ölüb.

 

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, piyadanın üzərindən heç bir sənəd aşkar olunmayıb.

Həmin kişinin əlamətləri belədir: yaşı  50-55 arası, boyu 160-170 sm, orta bədən quruluşlu, saçları ağ, gözlərinin rəngi şabalıdıdır. Əynində qara gödəkcə, tünd boz köynək və qara şalvar olub.  

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Goranboy Rayon Polis Şöbəsinə və (022) 245-30-72; (055) 535-30-72 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı