Modern.az

Şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı yeni QAYDALAR...

Şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı yeni QAYDALAR...

مورد توجه

29 Mart 2019, 13:11

Azərbaycanda şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı yeni qayda müəyyən edilib.

Modern.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Belə ki, qanunun 7-ci (Məcburi dövlət daktiloskopik qeydiyyatı) maddəsinə edilən dəyişikliyə əsasən, şəxsiyyət vəsiqəsi alan vətəndaşlar məcburi daktiloskopik qeydiyyatdan keçiriləcək.

Lakin 15 yaşı tamam olmayan vətəndaşlar şəxsiyyət vəsiqəsi alan zaman onlardan əl-barmaq izlərinin götürülməsi nəzərdə tutulmur.

Dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı