Modern.az

2019-cu ilin 3 ayında 34 minə yaxın şəxs işlə təmin olunub

2019-cu ilin 3 ayında 34 minə yaxın şəxs işlə təmin olunub

مورد توجه

5 Aprel 2019, 10:49

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti  tərəfindən 2019-cu ilin birinci rübü ərzində 33 969 nəfər işlə təmin olunub.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu da 2018-ci ilin birinci rübü ilə müqayisədə 13,2 faiz çoxdur.

 

İşlə təmin edilənlərdən 29 404 nəfərini “İşsizin DOSTu” Proqramı çərçivəsində ödənişli ictimai işlərlə təmin olunanlar təşkil edib. Həmin şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanıb. Bununla da onlar sosial sığorta sistemində iştirak və gələcəkdə sosial təminat hüquqlarına malik olmaq imkanı əldə ediblər.

 

Yanvar-mart aylarında Xidmət tərəfindən işlə təmin edilənlərin 8 826 nəfəri gənclər, 281 nəfəri əlilliyi olan şəxslər, 1876 nəfəri isə məcburi köçkünlər olub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı