“İnci” qanun ifaçıları Hindistanda keçirilən “World Sacred Spirit” adlı beynəlxalq festivalda iştirak edib.
Fevral ayında keçirilən tədbir Hindistanın Naqaur və Mehrangah kimi tarixi qalalarında təşkil olunub.
Proqramla çıxış edən qrup, festivalda “Telli durnalar” “Reyhan” kimi qədim Azərbaycan mahnılarını ifa ediblər. “ Bayatı Şiraz” təsnifi isə qonaqlarda xüsusi maraq yaradıb.
“İnci” qrupunun repertuarında qədim xalq rəqsimiz “Nəlbəki” uyğur əsilli rəqqasənin ifasında təqdim edilib. Azərbaycan musiqiçilərinin ifaları hindistanlı tamaşaçılar və başqa ölkə nümayəndələri tərəfindən maraqla qarşılanıb, kütləvi informasiya vasitələrində qrup haqqında yazılar dərc olunub.
Qrup Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə İsveçrə,Çin, Fransa və bir sıra xarici ölkələrdə Azərbaycan musiqisini təbliğ edib.
Əzizə Zeynal