Modern.az

Polad Bülbüloğlu səfirlikdəki "yanğın"la bağlı danışdı - Yenilənib

Polad Bülbüloğlu səfirlikdəki

Aktual

6 May 2019, 22:26

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu səfirlikdə yanğın olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Modern.az virtualaz.org-a bildirib ki, Rusiya KİV-lərinin diplomatik korpusun binasında yanğınla bağlı yaydıqları xəbər dezinformasiyadır.

 

“Hazırda biz səfirlikdəyik və burada Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin dəstəyi ilə dərc edilmiş “Mədəniyyətlərin dialoqu və müasir dövrün çağırışları” kitabının təqdimat mərasimi keçirilir. Tədbir çərçivəsində həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunur”, - P.Bülbüloğlu deyib.

 

***

 

Rusiyadakı Azərbaycan səfirliyində yanğın başlayıb.

Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, Rusiya FHN əməkdaşları Moskvanın mərkəzində Azərbaycan səfirliyində baş vermiş yanğınla bağlı məlumatı yoxlayırlar.

 

İdarədən bildirildiyinə görə, yanğın təhlükəsizliyi xidməti səfirlikdə baş vermiş yanğınla əlaqədar məlumat alıb. Hazırda məlumat yoxlanılır.

 

Agentliyin həmsöhbətinin sözlərinə əsasən, hadisə yerinə bir neçə yanğınsöndürən briqada göndərilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı