Şəmkir rayonundakı yol qəzasında 10 nəfər xəsarət alıb.
Modern.az "Report"a istinadən xəbər verir ki, onlardan 5 nəfəri Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, daha 5-i isə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yaralılardan bəzilərinin adları da məlum olub. Bunlar Arzu Rüstəmov, Ruslan Hüseynov və 1992-ci il təvəllüdlü Dursun Əsgərovadır.
İlkin məlumata görə, qəzaya düşən maşınlardan biri istixanada çalışan işçiləri aparırmış.