Modern.az

Sabiq xanım deputat gündəlik qəzet açır

Sabiq xanım deputat gündəlik qəzet açır

Aktual

9 Yanvar 2012, 13:33

Sabiq millət vəkili Aynur Camalqızı gündəlik qəzet nəşrinə başlayacaq. Modern.az saytının məlumatına görə, yaxın aylarda nəşrə başlayacaq qəzetin baş redaktoru sabiq millət vəkilinin özü olacaq. Yüksək səviyyədə fəaliyyət göstərməsi üçün gələcək baş redaktor artıq bir neçə tanınmış jurnalistlə əlaqə saxlayıb və onları qəzetə dəvət edib.

Modern.az saytının əməkdaşına verdiyi açıqlamasında Aynur Camalqızı bu məlumatı nə təkzib, nə də təsdiq edib. O, sadəcə bunun özünün istəyi olduğunu və ortada real işin olmadığını bildirib.

“Bu, sadəcə mənim istəyimdir. Hələ ortada bir iş yoxdur, yəni heç nə edilməyib. Bu ideya gerçəkləşərsə o zaman mən sizə geniş məlumat verəcəm”.

Aytən ƏLIYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı