Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin mayın 29-da Avropa Liqasının final oyunun Bakıda keçirilməsi ilə əlaqədar vətəndaşlarına terror təhlükəsinin olması, iaşə obyektlərinin yanında qarət hallarının mövcud olması barədə verdiyi xəbərdarlıq həqiqəti əks etdirmir”.
Bunu Modern.az-a amıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, deputat Dilarə Cəbrayılova deyib.
O, bildirib ki, bu cür bəyanat Britaniya-Azərbaycan münasibətlərinin ruhuna yaraşmır və obyektiv deyil:
“Ümumiyyətlə rəsmi bir orqan hansısa bir məlumat yayırsa, mütləq bunun əsasları olmalıdır. Bu gün Azərbaycan dünyanın ən sabit ölkələrdən biridir. Azərbaycanda hər zaman təhlükəsizlik baxımından çox etibarlı tədbirlər həyata keçirilir. İndiyə qədər də beynəlxalq tədbirlərin keçirilməsi zamanı heç bir neqativ hallara yol verilməyib. Hesab edirəm ki, bu cür həqiqətə uyğun olmayan məlumatları yayan anti-milli ünsürlərin məqsədi Azərbaycanı beynəlxalq miqyasda nüfuzdan salmaq, Azərbaycanı təhlükəli bir məkan kimi təqdim etməkdir. Düşünürəm ki, onların apardığı hər bir qarayaxma kampaniyası, anti-milli siyasət ancaq özlərinin boş-boş danışmaları ilə yadda qalacaq”.
Deputat qeyd edib ki, Azərbaycanda hər zaman beynəlxalq yarışları, humanitar, iqtisadi tədbirləri yüksək səviyyədə keçirib.
"Bildiyiniz kimi Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula-1 və s. ayrı-ayrı idman növləri üzrə beynəlxalq yarışmalar Azərbaycanda keçirilib. Hər bir böyük beynəlxalq yarışmalar ərəfəsində Azərbaycanı ləkələmək, ölkəmizdə təhlükələrin mövcud olması barədə müəyyən təbliğat kampaniyası işləyir. Bu təbliğat kampaniyası ölkəmizə qarşı olan qarayaxma kampaniyasının tərkib hissəsidir. Hesab edirəm ki, bu cür həqiqəti əks etdirməyən məlumatlardan asılı olmayaraq, Avropa Liqasının final oyunu Azərbaycanda yüksək səviyyədə keçiriləcək. Çünki Azərbaycanda beynəlxalq yarışların keçirilməsi üçün kifayət qədər təcrübə formalaşıb”