Modern.az

“Qalatasaray”da daha 2 transfer - FOTO 

“Qalatasaray”da daha 2 transfer - FOTO 

Aktual

3 İyul 2019, 02:55

“Qalatasaray” heyətinə daha iki futbolçu cəlb edib.

Modern.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiəçi Cimmi Durmaz və müdafiəçi Şener Özbayraklını transfer edib. Özbayraklı ilə 2 illik müqavilə imzalanıb. O, “Qalatasaray”a azad agent kimi keçib. Türk əsilli isveçli Cimmi Durmaz isə  3 illik sazişə qol çəkib.

Qeyd edək ki, “Qalatasaray” bir neçə gün əvvəl Rayan Babel, Adem Büyük və Valentine Ozornvaforu da transfer etdiyini açıqlamışdı.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı