Masallı rayonu ərazisində baş verən və 8 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı cinayət işi açılıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Modern.az-a bildirlib ki, hadisə bu gün səhər saat 07 radələrində Ələt-Astara yolunun 135-ci kilometrliyində baş verib:
99-LH-458 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil Astara istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə irəliləyən "KAMAZ" markalı 10-MG-329 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə 8 nəfər dünyasını dəyişib, 1 nəfər xəsarət alıb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb.